Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 26 sentyabr 2013-cü il tarixində Cəlilabad rayon V.Bağırov adına Suluçeşmə və Fərzili kənd ümumi orta məktəblərində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusu çərçivəsində maarifləndirmə tədbirləri keçirilmişdir.

Keçirilən təbliğat xarakterli tədbirlərdə Cəlilabad rayon təhsil şöbəsinin nümayəndələri, Fərzili və Suluçeşmə kənd ümumi orta məktəblərin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak etmişlər.

Cəlilabad rayon təhsil şöbəsinin nümayəndələri və məktəb rəhbərləri, FHN Cənub Regional Mərkəzi tərəfindən regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarında əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilən silsilə tədbirlərin vacibliyini və bu sahədə görülən işlərə yüksək qiymət verdiklərini bildirmişlər.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, dəm qazından zəhərlənmə hallarının qarşısının alınması yolları, ilkin tibbi-psixoloji yardımın düzgün göstərilmə üsul və mexanizmləri, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq”, “Fövqəladə hallar və onlardan qorunma tədbirləri”, “Dəm qazı təhlükəsindən insanların qorunması yolları” və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında çıxış edərək verilən sualları cavablandırmışlar.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.   

Daha sonra təhsil müəssisələrinin ərazisinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, eləcə də yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Mənzili tərk etdikdə qaz və elektrik cihazlarını söndürün!”, “Qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış broşür və vərəqələr tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri” nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 noyabr 2019-cu il tarixində Suraxanı Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri keçirib

22 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nərimanov rayonunda yerləşən “İstanbul” və Sabunçu rayonunda yerləşən “Supreme” otellərində, 2-ci ərazi  Dövlət Yanğın Nəzarəti İdarəsi Bakı şəhəri Səbail rayonunda yerləşən Muzey Mərkəzində......

Ardını oxu

Rayon müşavirələri davam edir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 21 noyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu