Geri

FHN Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

25 sentyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəncə şəhərində növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir Gəncə şəhər 32 saylı orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.

Tədbir zamanı zəlzələ baş verdikdə çoxmərtəbəli yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə Mərkəz əməkdaşları tərəfindən ətraflı məlumat verilmişdir.

Tədbirdə, həmçinin, “Hansı hallarda FHN-in “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır?”, “Sel və daşqınlar zamanı nə etməli?”, “Fəlakətlər zamanı ətrafdakı insanlara kömək et” mövzularında çıxışlar dinlənilmişdir . Mövzuları əhatə edən bukletlər paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı video və fotoslaydlar göstərilmiş və göstərilən materiallarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu