Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

19 sentyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “21 sentyabr - Beynəlxalq Sülh Günü” çərçivəsində Bərdə rayon Dövlət İdarəetmə və Texnologiya Kollecində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda nəzəri-praktik maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən “Fövqəladə hallar nədir, fövqəladə halların yaranma səbəbləri və onun növləri”, “Qarabağ Regional Mərkəzinin ərazisi üçün xarakterik olan fövqəladə hallar”, “Sel və daşqınlar - fövqəladə halların bir növü kimi”, “112” qaynar telefon xətti” və “21 sentyabr - Beynəlxalq Sülh Günüdür” mövzuları haqqında geniş məlumatlar verilmişdir.

Daha sonra kollecin həyətinə gətirilmiş “Nissan Patrol” markalı xüsusi avtonəqliyyat vasitəsi nümayiş etdirilmiş, eləcə də müasir xilasetmə alət və avadanlıqları, onların təyinatı barədə ətraflı məlumatlar verilmişdir.

 

Digər məlumatlar

FHN-in regional mərkəzlərində ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbirlər keçirilib

12 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

12 dekabr 2019-cu il tarixində FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göygöl rayon Qızılqaya qəsəbəsində yerləşən radio-televiziya yayım filialında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Yağlıvənd kənd tibb məntəqəsində, Beyləqan rayon 37 saylı Yol İstismar İdarəsi​ndə, Muğan regional Dövlət......

Ardını oxu

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran şəhər 2 nömrəli ümumi orta məktəbində, Muğan Regional Mərkəzi Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu