Görüşün keçirilməsində məqsəd idarə əməkdaşlarının fövqəladə hallar zamanı düzgün davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, gözlənilən yanğın, həmçinin, partlayış hadisələrinin qarşısının alınmasına yönəlmiş profilaktika olmuşdur. Tədbir zamanı iştirakçılarla Fövqəladə Hallar Nazirliyinin yaranma zərurəti, onun qurumları, regional mərkəzləri barədə, nazirliyin qurumlarından olan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng xidməti, onun fəaliyyəti haqda söhbətlər aparılmış, onlara təbii və texnogen mənşəli fövqəladə hallar, yay mövsümü ilə bağlı zəruri təhlükəsizlik qaydaları, suda boğulma və günvurma hadisələri zamanı ilkin tibbi yardım qaydaları, zəlzələ və yanğın zamanı əhalinin təxliyyəsinin təşkili barədə geniş məlumatlar çatdırılmış, baş verə biləcək fövqəladə hallar zamanı birgə və səmərəli fəaliyyət göstərmək məsələləri ətraflı müzakirə edilmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar Mərkəz əməkdaşları tərəfindən cavablandırılmış, “Günvurma zamanı ilkin tibbi yardım” adlı broşürlər paylanmışdır.
Tədbirin nəzəri hissəsi yekunlaşdıqdan sonra Bərdə rayon Qaz İstismar İdarəsi və FHN yerli qurumlarının əməkdaşları Bərdə rayonu, “Qarabağ” qəsəbəsində fərdi yaşayış evlərinin qaz təsərrüfatlarına baxış keçirilmişdir. Baxış zamanı qəsəbə sakinlərinə təhlükəsizlik qaydaları ilə bağlı bəzi tövsiyələr verilmişdir.
6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu6 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 18 nömrəli Uşaq bağçasında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Şəmkir regional ...
Ardını oxu5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş ...
Ardını oxu