Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birlikdə Qəbələ rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşlarının iştirakı ilə əkin və biçənək sahələrinin yanğından mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirini 28 iyun 2013-cü il tarixində Qəbələ rayonunun Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyində keçirmişdir. Tədbirə Bunud, Seyidqışlaq, Həzrə, Nohurqışlaq, Tüntül, Əmirvan kənd inzibati ərazi nümayəndələri, bələdiyyə sədr və üzvləri, əkinçilik fəaliyyəti ilə məşğul olan sahibkarlar cəlb olunmuşdur.

Tədbirdə Mərkəzin əməkdaşları son dövrlərdə dünyanın qlobal problemi olan təbii və insan faktoru nəticəsində yaranan meşə yanğınları, həmçinin, dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə yanğın təhlükəsizliyi qaydaları haqqında, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarət İdarəsinin əməkdaşı Azərbaycanda baş vermiş yanğınlar və onların baş vermə səbəbləri, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə ətraflı çıxışlar etmişdir.

Sonra qeyd olunmuşdur ki, taxıl və biçənək sahələrinin bəzi hissələri strateji əhəmiyyətə malik olan hava elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir. Bəzi hallarda elektrik xətlərində baş verən nasazlıq üzündən sahələrdə yanğınların baş verməsi ilə yanaşı, bəzi hallarda da təsərrüfat sahibləri biçin qurtaran kimi öz taxıl sahələrini təmizləmək məqsədi ilə kövşənləri odlayırlar. Hər iki halın qarşısının alınması üçün bütün texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və bu sahədə fəaliyyət göstərən insanların daim maarifləndirilməsi vacib məsələdir.

Sonra tədbir iştirakçıları ilə ərazidə olan mövcud vəziyyət və mövzu ilə əlaqədar ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirləri müzakirə olunmuşdur.

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran şəhər 2 nömrəli ümumi orta məktəbində, Muğan Regional Mərkəzi Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

11 dekabr 2019-cu il tarixində FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir rayon Zəyəm qəsəbə Körpələr evi-uşaq bağçasında, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayonunda ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Azərkimya” İstehsalat Birliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu