Geri

Fövqəladə Hallar Nazirliyin qurumları arasında üzgüçülük üzrə birincilik keçirilib

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar iyulun 26-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunun təşkilatçılığı ilə üzgüçülük yarışı keçirilib. Nazirliyin qurumlarını təmsil edən 19 komanda həm fərdi, həm də komanda hesabında 50 və 100 metr məsafədə üzgüçülüyün sərbəst növü üzrə güclərini sınayıblar. Yarışın nəticələrinə əsasən, komanda hesabında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 1-ci, Mülki müdafiə qoşunları 2-ci, Dövlət Yanğından Mühafizə Xidməti isə 3-cü yerə sahib olub. Fərdi yarışlarda isə müvafiq olaraq adı çəkilən qurumların təmsilçiləri - Anar Babazadə 1-ci, Emin Bridvin 2-ci, Orxan Mansurov isə üçüncü olublar. Qaliblərə kuboklar, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Sonra bu ilin sentyabrında Qəbələ rayonunda reallaşdırılacaq “Səmti müəyyən etmə idman növü üzrə” çempionata hazırlıqla bağlı seminar keçirilib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi Füzuli Musayev Qəbələdə keçiriləcək bu çempionatın əsas məqsədinin nazirliyin əməkdaşları arasında dözümlülük, axtarış və xilasetmə işlərində xilasedicilərin xüsusi hazırlığının təmin edilməsi üçün müxtəlif ərazilərdə səmti müəyyən etmə bacarıqlarını formalaşdırmaqdır. Səmti Müəyyənetmə Federasiyasının vitse-prezidenti Nizami Mursaqulov adı çəkilən idman növü üzrə Qəbələ rayonunun meşə massivində keçiriləcək çempionatla bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, yarış tərtib olunmuş xüsusi idman xəritəsi əsasında keçiriləcək və hər bir komanda 7 nəfərdən ibarət olmaqla 3-5 kilometr məsafədə yarışacaqlar. Yarışın qalibləri gələcəkdə bir sıra beynəlxalq yarşlarda da öz güclərini sınamaq imkanı əldə edəcəklər.

 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu