Geri

Fövqəladə hadisələrdən müdafiə sahəsində ictimaiyyətin roluna həsr olunmuş dəyirmi masa keçirilmişdir

23 iyul 2013-cü il tarixində FHN-in Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iclas zalında Fövqəladə hadisələrdən müdafiə sahəsində ictimaiyyətin roluna həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd regionda fəaliyyət göstərən icra nümayəndələri və bələdiyyələr tərəfindən təmsil etdikləri ərazidə baş verməsi gözlənilən təbii və texnogen xarakterli fövqəladə halların (hadisələrin) vaxtında xəbərdar edilməsi və bu istiqamətdə Mərkəzin rolunun gücləndirilməsi olmuşdur.

Dəyirmi masada “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!” mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları paylanmış, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən fərdi yaşayış evləri, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlər ilə bağlı fotoslaydlar nümayiş olumuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu