Geri

FHN Şimal-qərb Regional Mərkəzi Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 20 iyul 2013-cü il tarixində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbirini Qəbələ rayon Gigiyena və Epidemiologiya mərkəzində keçirmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi, fövqəladə hallar zamanı yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, insanların epidemiyalardan qorunması, bu sahədə təbliğat işlərini gücləndirmək, bu istiqamətdə Gigiyena və Epidemiologiya mərkəzi əməkdaşları ilə qarşılıqlı fikir mübadiləsi aparılması olmuşdur.

Əvvəlcə, Gigiyena və Epidemiologiya mərkəzi, onun strukturu, fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilərək baş verə biləcək müəyyən fövqəladə hadisələrin qarşısının alınmasında bu qurumun üzərinə düşən vəzifələrdən danışılmışdır.

Sonra Mərkəzin əməkdaşları iştirakçılara “Təhlükəli və yoluxucu xəstəliklərdən insanların qorunmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Fövqəladə hallarda davranış qaydaları”, “İnsanların, heyvanların və bitkilərin kütləvi şəkildə infeksion xəstəliklərə yoluxması – fövqəladə halların bir növü kimi” və s. mövzularda ətraflı məlumatlar vermiş, daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu