Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

19 iyul 2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Naftalan şəhər mərkəzi xəstəxanasında “Su hövzələrində insanların təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyəti, fövqəladə hadisələrin növləri, onlardan qorunma təlimatları haqqında tədbir iştirakçılarına geniş məlumatlar verilmişdir.

Tədbirdə daha sonra Mərkəz əməkdaşlarının “Su hövzələrində insanların təhlükəsizliyi” və “Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır?” mövzularında çıxışları dinlənilmişdir. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunmuş, Mərkəz tərəfindən hazırlanmış bukletlər paylanılmış, müzakirələr aparılmışdır. Yekun olaraq tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran şəhər 2 nömrəli ümumi orta məktəbində, Muğan Regional Mərkəzi Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

11 dekabr 2019-cu il tarixində FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir rayon Zəyəm qəsəbə Körpələr evi-uşaq bağçasında, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayonunda ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Azərkimya” İstehsalat Birliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu