Geri

FHN Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birlikdə 25 iyun 2013-cü il tarixində İsmayıllı rayon İcra Hakimiyyətində rayon ərazisində yay mövsümündə əkin və meşə sahələrində, istirahət zonalarında yanğın təhlükəsizliyinin təmin edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, baş verə biləcək hadisələrin qarşısının alınması, bu mövzuda insanların maarifləndirilməsi  məqsədilə “Yay mövsümündə əkin və meşə sahələrində, istirahət zonalarında yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, Dövlət Yanğından Mühafizə Hissəsinin, Paylayıcı Elektrik Şəbəkəsinin, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, rayonun digər idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, kənd inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və üzvləri, fermer təsərrüfatlarının rəhbərləri, ərazidə əkinçiliklə məşğul olan sahibkarlar iştirak etmişlər.

Tədbirdə qeyd edilmişdir ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul olunmuş, strateji məhsul olan taxılın istehsalının artırılması və əhalinin ərzaqla etibarlı təminatına dair mühüm qərar qəbul edilmişdir. Proqramda qarşıya qoyulan vəzifələrdən biri də dənli və texniki bitkilərin tədarükünün artırılması, bu cür strateji əhəmiyyətli məhsulların itkisiz toplanması, daşınması və emalı prosesində yanğın təhlükəsizliyinin təmin edilməsidir. Bununla əlaqədar mövcud kənd təsərrüfatı maşınlarının parklarında kənd təsərrüfatı texnikaları lazımi yanğınsöndürmə vasitələri ilə təchiz olunmalı, məhsul yığımında iştirak edən mexanizatorlar, traktorçular, kombaynçılar, sürücülər və məhsul yığımına cəlb olunan bütün şəxslər yanğına qarşı təlimatlandırılmalıdır.

Sonra Mərkəzin əməkdaşları son dövrlərdə dünyanın qlobal problemi olan təbii və insan faktoru nəticəsində yaranan meşə yanğınları, həmçinin, dənli və texniki bitgilərin yığılması, daşınması və emalı dövründə yanğın təhlükəsizliyi qaydaları haqqında,  Şimal-qərb Regional Dövlət Yanğın Nəzarət İdarəsinin əməkdaşı Azərbaycanda baş vermiş yanğınlar və onların başvermə səbəbləri haqqında, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə ətraflı çıxışlar etmişlər.

Daha sonra qeyd olunmuşdur ki, taxıl və biçənək sahələrinin bəzi hissələri strateji əhəmiyyətə malik olan elektrik hava verilişi xətlərinin qoruq zonasında yerləşir. Bəzi hallarda elektrik xətlərində baş verən nasazlıq üzündən sahələrdə yanğınların baş verməsi ilə yanaşı, bəzi hallarda da təsərrüfat sahibləri biçin qurtaran kimi öz taxıl sahələrini təmizləmək məqsədi ilə kövşənləri odlayırlar. Yaranan güclü alov nəticəsində isə yuxarıda qeyd olunan hava elektrik verilişi xətlərində zədələnmə, qısaqapanma və qəzalar baş verir. Bu halların qarşısının alınması üçün bütün texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və bu sahədə fəaliyyət göstərən insanların daim maarifləndirilməsi olduqca vacib məsələdir. Tədbirdə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyini təmin etmək də geniş müzakirə obyekti olmuşdur.

Sonra tədbir iştirakçıları ilə ərazidə mövcud vəziyyət və mövzu ilə əlaqədar görülməsi vacib olan təhlükəsizlik tədbirləri müzakirə olunmuşdur.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri davam etdirir

10 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Caspian” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 2 nömrəli Peşə liseyində, Aran regional Dövlət Yanğın Nəzarəti...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu