Geri

Azərbaycan xalqının 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli yubiley iclası keçirilmişdir

14 iyun 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli yubiley iclası keçirilmişdir.

Təşkil olunmuş mərasimdə Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub dalğıc-axtarış qrupu və Lənkəran xilasetmə məntəqəsinin, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Cənub Regional şöbəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Cənub Regional Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti müfəttişliyinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının dövlət quruculuğunda əvəzsiz rolu olan, görkəmli siyasətçi, tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri giriş sözü ilə açıq elan edən Cənub Regional Mərkəzinin rəisi polkovnik Zəmani Dadaşov ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrlər ərzində həmişə xalqımızın milli maraqlarına xidmət etdiyini, məhz ulu öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın geridə qalmış aqrar ölkədən sürətlə inkişaf edən sənaye ölkəsinə çevrildiyini, respublikamızın öz dövlət müstəqilliyi üçün məhz ümummilli liderimiz Heydər Əliyevə borclu olduğunu bildirmişdir.

Tədbir zamanı digər natiqlər “Ümummilli lider Heydər Əliyevin ideyaları əbədiyaşardır”, “Milli qurtuluş günün mübarək, Azərbaycan”, “Heydər Əliyev Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır!” mövzularında çıxış edərək Azərbaycan dilinə dövlət dili statusunun verilməsində, Azərbaycanın fərqli mədəniyyətlərin dialoq məkanına çevrilməsində, Azərbaycanda elmi və kadr potensialının yüksəldilməsində, milli zabit kadırlarının hazırlanmasında, milli ruhun, milli özünüdərkin yüksəlişində, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsində, Azərbaycan Respublikasının dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsində fenomenal siyasi xadim, Azərbaycanın dahi rəhbəri Heydər Əliyevin titanik rolu barədə ətraflı məlumatlar vermişlər.

Daha sonra Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə hazırlanmış “Heydər Əliyev – dahi rəhbər, əbədiyaşar şəxsiyyət” adlı fotoslayd nümayiş olunmuşdur.

 

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu