Geri

“Gənc xilasedici və yanğınsöndürən” yarışı davam edir

28 may 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubleyinə həsr edilmiş məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” zona birinciliyi keçirilmişdir.

 

Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibartdir.

 

Yarışda Ağdam rayon Baharlı-2 qəsəbə orta məktəbi, Ağcabədi rayon
C.İbrahimov adına 8 saylı orta məktəbi, Bərdə rayon Gərənə kənd orta məktəbi, Beyləqan şəhəri N.Allahverdiyev adına 1 saylı orta məktəbi, Füzuli rayon Qayıdış qəsəbəsi 4 saylı orta məktəbi, Laçın rayon Taxta Körpü qəsəbə orta məktəbi, Şuşa şəhər 19 saylı məktəbi, Tərtər rayon Seydimli kənd orta məktəbi və Xocavənd rayon Salakətin kənd orta məktəbin komandaları iştirak etmişlər.

 

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Xocavənd rayonu Salakətin kənd orta məktəbi birinci yeri, Tərtər rayonu Seydimli kənd orta məktəbi ikinci yeri, Beyləqan şəhəri N.Allahverdiyev adına 1 saylı orta məktəbi üçüncü yeri tutmuşdur. İlk 2 yeri tutmuş məktəb komandaları iyun ayında Qəbələ şəhərində keçiriləcək ümumrespublika yarışlarının final mərhələsində iştirak edəcəklər.

 

Yarışda fərqlənmiş komandalar kubok və fəxri fərmanlarla təltif olunmuşlar.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu