Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, insanların bu sahədə daha da bilikli, təlimatlı olması, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışının və xilas edilməsinin daha səmərəli şəkildə təşkili istiqamətində məqsədyönlü işlərin aparılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 23 may 2013-cü il tarixində Şamaxı rayonu Çuxuryurd kənd orta məktəbində Kənd İnzibati Ərazi Nümayəndəliyi ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təbliğat xarakterli maarifləndirmə tədbiri keçirmişdir. Tədbirə Rayon İcra Hakimiyyətinin əməkdaşı, Kənd İnzibati Ərazi Nümayəndəliyi, Bələdiyyə üzvləri, Rayon Suvarma Sistemləri İdarəsinin  əməkdaşı, Çuxuryurd gölü ətrafında yaşayan kənd sakinləri, Çuxuryurd kənd tam orta  məktəbin rəhbərliyi və buraxılış sinif şagirdləri cəlb olunmuşdur.

Tədbirdə Regional Mərkəzin əməkdaşları tərəfindən baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğatın rolu, yay çimərlik mövsümündə insanların istirahətinin xoş ovqatla və təhlükəsiz keçməsi, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, xilasetmə əməliyyatlarının həyata keçirilməsi, ümumi təhlükəsizlik qaydaları, su obyektlərində istifadə olunan istirahət və idman qurğularında texniki təhlükəsizlik qaydaları, “112” qaynar telefon xətti barədə məlumat, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar, hadisələr zamanı xilasedicilər gələnə qədər insanların vəzifələri və sair mövzularda ətraflı məlumatlar verilmiş, su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu