Geri

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” zona yarışları keçirilmişdir

Mayın 23-də Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində məktəblilər arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Gənc xilasedici və yanğınsöndürən” zona yarışları keçirilmişdir.

Tədbir zamanı dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, çətin tarixi sınaqlara məruz qalmış müstəqil Azərbaycan Respublikasının taleyində oynadığı əvəzedilməz rolu, müstəqilliyə yenicə qədəm qoymuş gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti, azərbaycanlı gənclərin formalaşması, ixtisaslaşması və müxtəlif sahələrdə layiqincə təmsil olunması sahəsində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən yarışda FHN-in Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü lisey, Astara şəhər 1, Cəlilabad şəhər 2, Lənkəran şəhər 9, Masallı şəhər 1 və Yardımlı rayon Çayüzü kənd orta məktəblərinin komandaları güclərini sınamışlar.

Yarış dörd mərhələdən: kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, komandaların təqdimatı və gənc ekspertlər müsabiqəsi adlı mərhələlərdən ibarət olmuşdur.

Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Lənkəran şəhər 9 saylı orta məktəbi I, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyi II və Masallı şəhər 1 saylı orta məktəbi III yeri tutmuşdur.

Yarışda fərqlənmiş komandalar kubok və fəxri fərmanlarla təltif olunmuşlar. I və II yeri tutan komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışlarında iştirak etmək hüququ əldə etmişlər.

 

 

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu