Geri

FHN Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları 22 may 2013-cü il tarixində Biləsuvar Rayon Mədəniyyət mərkəzində dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Muğan Regional Mərkəzinin əməkdaşları, yerli bələdiyyə, icra nümayəndələri və iri təsərrüfat sahibləri iştirak etmişlər.

Muğan Regional Mərkəzinin əməkdaşı meşə təsərrüfatı, meşələrin təbiətdə rolu, meşələrin qırılması nəticəsində baş verə biləcək fövqəladə hallar və son dövrlərdə dünyanın qlobal problemi olan təbii və antropogen təsir nəticəsində yaranan meşə yanğınları, onların baş verməsi səbəbləri və yanğın zamanı görüləcək ilkin davranış qaydaları və gələcəkdə belə yanğınların qarşısının alınması üçün hər bir vətəndaşın ətraf mühitlə davranış qaydaları haqqında məlumat vermişdir. Həmçinin, taxıl yığımı zamanı və yığımdan əvvəl görüləcək yanğın təhlükəsizliyi tədbirləri haqqında geniş məlumat verilmişdir. Tədbir iştirakçılarına son dövrlərdə dünyada və Azərbaycanda baş vermiş yanğınlar və onların baş vermə səbəbləri haqqında ümumiləşdirici məlumat verildikdən sonra yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə ətraflı çıxışlar edilmişdir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu