Geri

FHN Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirələrə başlamışdır

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 23 may 2013-cü il tarixində Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətində FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti müşavirə keçirmişdir.

Müşavirədə FHN Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, qəsəbə icra nümayəndəliyi və bələdiyyəsinin, mənzil istismar sahələrinin nümayəndələri və çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak etmişdir.  

Tədbirdə Bakı Regional Mərkəzinin əməkdaşı “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları” mövzularında çıxış edərək müşavirə iştirakçılarına zəruri nəzəri məlumatlar çatdırmışlar. Çıxışlar zamanı müşavirədən əvvəl Regional Mərkəzin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Hövsan Bələdiyyəsinin, eləcə də Hövsan qəsəbə icra nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması və onların aradan qaldırılması məqsədilə keçirilən monitorinq zamanı çəkilən fotoşəkillərin köməyi ilə mövcud vəziyyət tədbir iştirakçılarına çatdırılmışdır.

Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı tərəfindən “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, Suraxanı rayon 11 saylı Təcili tibbi yardım stansiyasının həkimi tərəfindən “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Suraxanı rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşı tərəfindən “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” mövzularında mühazirələrlə çıxışlar dinlənilmişdir.

Tədbirin gedişində Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş olunmuşdur.

 

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində 25 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      ...

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

25 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi Xaçmaz rayon Qadaşoba kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

25 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Kür-Araz çaylarında Bəndlərin İstismar İdarəsində, Şirvan Müalicə Diaqnostika Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Soltanbud və Hacıturalı kənd tam orta məktəblərində, Ağcabədi şəhər 2 nömrəli......

Ardını oxu