Geri

FHN Qarabağ Regional Mərkəzi Ağcabədi rayonunda tədbir keçirmişdir

30 aprel 2013-cü il tarixində Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi rayon Gənclər və İdman İdarəsi ilə birgə ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə tədbir keçirmişdir.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Çıxış edən natiqlər ulu öndərin bütövlükdə xalqına həsr etdiyi mənalı ömür yolundan, çoxşaxəli siyasi fəaliyyətindən bəhs etmiş, həyatının hər bir anının gənclərə örnək və nümunə ola biləcəyi fikrini vurğulamışlar. Məruzəçilər dahi şəxsiyyətin siyasi fəaliyyətini müxtəlif aspektlərdən təhlil etmişlər.

Görüşdə H.Əliyevin müdrik siyasi xadim, xalqının böyük oğlu, əvəzedilməz rəhbər olması fikri dönə-dönə təsdiqlənmişdir. 

Tədbirdə Mərkəz əməkdaşları ilə yanaşı Ağcabədi Rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının, rayon ictimaiyyətinin nümayəndələri və İnstitutun çoxsaylı kollektivi iştirak etmişdir.

 

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi Zərdab rayonunda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün Hazırlıq planına və Zərdab rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki müdafiə tədbirlər planına əsasən, Zərdab rayon İcra Hakimiyyətinin iclas zalında......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu