Geri

FHN Aran Regional Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiynə həsr olunmuş voleybol yarışı keçirilmişdir

29-30 aprel 2013-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş voleybol yarışı keçirilmişdir. Tədbiri açıq elan edən Aran Regional Mərkəzinin rəisi polkovnik Azad Zeynalov yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulamışdır.

Yarışda dörd komanda iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən oyunlarda Yevlax rayon Dövlət Yanğın Mühafizə hissəsinin komandası birinci yeri, Aran Regional Mərkəzinin zabit heyəti komandası ikinci, Aran Regional Mərkəzinin xilasedicilər komandası isə üçüncü yeri tutmuşdur. I yeri tutan komandaya kubok, II və III yerləri tutan komandalara isə Mərkəz rəhbərliyinin fəxri fərmanları verilmişdir.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi Zərdab rayonunda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün Hazırlıq planına və Zərdab rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki müdafiə tədbirlər planına əsasən, Zərdab rayon İcra Hakimiyyətinin iclas zalında......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu