Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə fotosərgi və kitab təqdimatı keçirmişdir

29 aprel 2013-cü il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə M.F.Axundov adına Milli Kitabxanada “Azərbaycanda yanğın təhlükəsizliyinin təmin olunmasında Heydər Əliyevin xidmətləri” mövzusunda fotosərgi təşkil olunmuş və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki, əməkdar jurnalist Hikmət Xudiyevin “Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi göstərir ki, dövlətlərin inkişafında xalqların yetişdirdiyi böyük şəxsiyyətlərin, liderlərin əvəzsiz rolu olmuşdur. Bu cür dahi şəxsiyyətlərdən biri də Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında müstəsna əhəmiyyətli rol oynamış ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün müstəqil Azərbaycanın elə bir guşə, suveren respublikamızın həyatında elə bir sahə yoxdur ki, orada milyonlarla soydaşımızın qəlbində ümummilli lider sevgisi ilə yaşayan Heydər Əliyevlə bağlı nişanə olmasın. Heydər Əliyev - bu möhtəşəm və əzəmətli şəxsiyyət ən böyük azərbaycanlı olaraq tək dövlət idarəçiliyini, ordumuzun, təhsilimizin, mədəniyyətimizin, səhiyyəmizin, şəhər və kəndlərimizin, sənayemizin deyil, bütövlükdə yeni və müasir Azərbaycanın qurucusu və həm də əhalinin təhlükəsiz yaşamasının, işləməsinin və istirahət etməsinin, o cümlədən yanğın kimi təhlükədən mühafizə olunmasının etibarlı təminatçı kimi də tariximizdə əbədiyaşarlıq qazanmışdır.

Ümummilli lider Heydər Əliyev haqqında üçüncü kitabın müəllifi olan əməkdar jurnalist Hikmət Xudiyevin təqdimatı keçirilən “Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi” kitabı haqqında  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Elmar Hüseynov, millət vəkilləri Siyavuş Novruzov, Aqil Abbas, Bəxtiyar Sadıqov, professor Hikmət İbrahimov, FHN-in əməkdaşı Nəcibə Əfəndiyeva fikirlərini bölüşərək qeyd etmişlər ki, müəllif bu kitabda ötən əsrin 70-80-ci illərində və ikinci dəfə müstəqillik əldə etdiyimiz dövrdə yanğın təhlükəsizliyi sistemində milli kadrların yetişdirilməsində və irəli çəkilməsində, neft və neft emalı sənayesində yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasında, iqtisadiyyatın müxtəlif sahələrində, kənd təsərrüfatında yanğın təhlükəsizliyinin gücləndirilməsi üçün dövlət tədbirlərinin həyata keçirilməsində və hökumət qərarlarının qəbul edilməsində, Azərbaycanın yanğın təhlükəsizliyi xidmətinin ötən əsrin 80-ci illərində keçmiş SSRİ respublikaları arasında birinci yerə çıxmasında, Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinin dövlət səviyyəsində qiymətləndirilməsində, yanğın təhlükəsizliyi qurumlarının maddi-texniki, hüquqi bazasının möhkəmləndirilməsində, xüsusi təhsil müəssisəsinin yaradılmasında, yanğınsöndürənlərin peşə bayramı gününün təsis edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri zəngin faktlar əsasında işıqlandırılmışdır.

Təqdimat mərasimində çıxış edənlər onu da vurğulamışlar ki, «Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi» kitabında müəllif bu gün Fövqəladə Hallar Nazirliyinin tərkibində fəaliyyət göstərən yanğın təhlükəsizliyi qurumlarının dövlət başçımız İlham Əliyevin xüsusi qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoymasını, keçmiş ənənələrini yaşatmaqla, yeni-yeni uğurlara imza atmaqla ulu öndərimiz Heydər Əliyevin nurlu ideyalarını yaşatmasını çoxsaylı faktlarla oxuculara çatdırır. Təqdimat mərasimində qeyd olunmuşdur ki, müəllif dahi Heydər Əliyev  haqqında üçüncü kitabında  da ulu öndərin anadan olmasının 90 illik yubileyinə dəyərli töhfə vermişdir.

M.F.Axundov adına Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev iştirak etmişdir.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi Zərdab rayonunda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün Hazırlıq planına və Zərdab rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki müdafiə tədbirlər planına əsasən, Zərdab rayon İcra Hakimiyyətinin iclas zalında......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu