Geri

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ "DƏYİRMİ MASA" KEÇİRMİŞDİR

Aprelin 26-da Bakıda  Fövqəladə Hallar Nazirliyi tərəfindən ümummilli lider Heydər  Əliyevin 90 illik yubileyinə həsr olunmuş "dəyirmi masa" keçirilib. Tədbirdə Milli Məclisin deputatları, ictimai xadimlər, FHN-nin qurumlarının rəhbərləri, icra strukturlarının  və gənclər təşkilatlarının məsul şəxsləri  iştirak ediblər.

"Dəyirmi masa"da çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin bütün Azərbaycan xalqı tərəfindən böyük sevgi və hörmətlə qeyd olunduğunu vurğulayıb. F. Tağı-zadə deyib ki, bütün gücünü xalqına olan inamından və bağlılığından alan, taleyi Azərbaycanın taleyindən ayrılıqda dərk edilməyən ulu öndərimiz Heydər Əliyev bəşəriyyətin ən nüfuzlu və həmişəyaşar dövlət və siyasi xadimlərindən biri olub. 

 Ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən də geniş silsilə tədbirlərin keçirildiyini deyən Faiq Tağı-zadə bu günlərdə təbii fəlakətlərdən zərər çəkmiş həmvətənlərimizə yeni mənzillərin verildiyini, məktəblilər arasında "Fövqəladə hallar uşaqların gözü ilə", "Gənc xilasedici" və "Gənc yanğınsöndürən" yarış və müsabiqələrinin  keçirildiyini, nazirliyin qurumlarında "90 illik yubileylə bağlı 90 ağac əkək!" aksiyası çərçivəsində ölkənin müxtəlif guşələrində iməciliklər, bölgələrdə nazirliyin regional mərkəzləri tərəfindən bir sıra kütləvi tədbirlərin reallaşdırıldığını, nazirliyin  əməkdaşlarından ibarət idmançıların və xilasedicilərin  Böyük Qafqazın Qızıl Qayasında  qərar tutan  "Heydər zirvəsi"nə yürüşün  nəzərdə tutulduğunu tədbir  iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tədbirdə Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Multi-media Mərkəzi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar hazırlanan "Sən elə bir zirvəsən..." sənədli filmi nümayiş olunub.

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev geniş məruzə ilə çıxış edib. "Dəyirmi masa"da çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva  ulu öndər Heydər Əliyevin insan təhlükəsizliyi sahəsində gördüyü tədbirlərin, verdiyi tapşırıqların hər zaman aktual olduğunu, bu istiqamətdə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində mühüm addımların atıldığını diqqətə çatdırıb. Millət vəkili ümummilli lider Heydər Əliyevin "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır" fikrini xatırladaraq baş verə biləcək fövqəladə halların qarşısının vaxtında alınması üçün bu gün Fövqəladə Hallar Nazirliyi tərəfindən mühüm işlər görüldüyünü də vurğulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, mövcud fövqəladə halların qarşısının alınması sahəsində düşünülmüş addımlar atdığını, gördüyü hər bir işin gələcəyə hesablandığını və sonrakı nəsillərə bir örnək olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyevin ideyaları əsasında formalaşdırılan Fövqəladə Hallar Nazirliyi bu gün nəinki Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə baş verən təbii fəlakətlərin və digər fövqəladə halların aradan qaldırılmasında mühüm rol oynayır. Milli kadrların hazırlanmasında nazirliyin bütün strukturlarının, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bütün lazımi avadanlıqlar və vəsaitlərlə təchiz olunduğunu vurğulayıb.

Milli Məclisin deputatı  Elmira Axundova "Liderlik fenomeni" mövzusunda çıxış edərək Heydər Əliyevin malik olduğu liderlik keyfiyyətlərindən bəhs edib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi ümumxalq tədbirləri, respublikanın sosial-iqtisadi inkişafı, xarici əlaqələrinin genişləndirilməsi, regionda və dünyada mövqeyinin gücləndirilməsi istiqamətində malik olduğu liderlik xüsusiyyətlərinin bu gun inkişafda olan ölkəmizin tərəqqisində əvəzsiz rol oynadığını bildirib. O, ulu öndərin insan təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirdiyi tədbirləri Heydər Əliyevin xalqına, vətəninə, ölkənin hər bir vətəndaşına olan sevgisinin daha bir göstəricisi hesab edib.

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov ümummilli liderin gənclərimizin qəlbində hər zaman yaşadığını diqqətə çatdırıb. Azərbaycan gənclərinin təhsil, idman, mədəniyyət və digər sahələrdə rolunun və mövqeyinin artırılması istiqamətində gördüyü işlərdən danışıb. Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini tədbir iştitakçılarının diqqətinə çatdırıb. Şahin İsmayılov gənclərimizin hər zaman Azərbaycan gəncliyinin yaxın dostu İlham Əliyevə dəstək olduqlarını da xatırladıb.

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə "dəyirmi masa"ya yekun vurüb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu