Geri

FHN Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktik tədbirləri davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır” devizi altında aprel ayının 26-da Sabunçu rayonundakı 307 nömrəli məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin təşkilində Bakı Regional Mərkəzindən başqa, FHN Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları da iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru  İqbal Kərimov qeyd etmişdir ki, ümummilli liderin siyasi fəaliyyətinin ən böyük töhfəsi Azərbaycan xalqına bəxş etdiyi müstəqil və qüdrətli dövlət – Azərbaycan Respublikasıdır. Çıxışdan sonra ümummilli lider haqqında videoçarx tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı isə “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzularında çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlar və s. ətraflı məlumat verilmişdir.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur bölmələri barədə sənədli film və dəm qazı ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Daha sonra tədbir iştirakçılarına zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilmişdir. Əvvəlcə, xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmişdir. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır.

Tədbirin gedişində məktəb şagirdlərinin ulu öndər Heydər Əliyev, eləcə də fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır.

Tədbir məktəbin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etmişdir.  Mərkəzin “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin əraziyə gətirilmiş akvalanq, xilasetmə və üzmə vasitələri, Mülki müdafiə qoşunlarının fərdi mühafizə vasitələri və kəşfiyyat cihazları, Tibb Xidmətinin və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən isə maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və onlardan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti 14 oktyabr 2019-cu il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Səbail rayon “Medi Club” klinikasında, 3-cü ərazi ...

Ardını oxu

FHN-in maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 14 oktyabr 2019-cu il tarixində Nəsimi rayonu, 46 saylı tam orta məktəbində  maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 11 oktyabr 2019-cu il tarixində “Baku Steel Company” MMC-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza - xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib....

Ardını oxu