Geri

FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları insan həyatının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərində iştirak etmişlər

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları ölkənin şimal regionunda olaraq vətəndaşlarla görüşlər keçirmiş, kiçik həcmli gəmilərin istifadə qaydaları, onların praktiki idarə edilməsi və dənizdə insan həyatının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərində iştirak etmişlər. Belə ki, müfəttişliyin əməkdaşları 25-26 aprel 2013-cü il tarixlərində Xaçmaz rayonuna ezam olunmuş və FHN-in Şimal Regional Mərkəzində Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri ilə təşkil olunmuş görüşdə mülkiyyət formasından aslı olmayaraq fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərin dövlət qeydiyyatından yayınmaması, sürücülük vəsiqələrinin əldə edilməsi, gəmilərin vaxtı-vaxtında texniki baxışdan keçirilməsi, lazımi xilasedici avadanlıqlarla təmin olunması, su nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, istismarına qadağa qoyulmuş gəmilərin istismara buraxılmaması tövsiyə olunmuş və vətəndaşları maraqlandıran bir sıra suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi Zərdab rayonunda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün Hazırlıq planına və Zərdab rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki müdafiə tədbirlər planına əsasən, Zərdab rayon İcra Hakimiyyətinin iclas zalında......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu