Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

25 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları F.Mehdiyev adına Horadiz şəhər 2 saylı məktəbdə “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir“ mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.  

Tədbirin keçirilməsində məqsəd təhsil müəssisəsinin kollektivini təbii və texnogen xarakterli qəzalar zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə yanaşı, onların sözügedən sahədə bilik və bacarıqlarını artırmaq, eləcə də məişətdə, təhsil müəssisələrində elektrik avadanlıqlarından istifadə edərkən yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi olmuşdur. Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və rayon Təhsil şöbəsinin əməkdaşları da iştirak etmişlər.

Mərkəz əməkdaşları məktəb kollektivinə Fövqəladə Hallar Nazirliyinin yaranması, Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barəsində ətraflı məlumat vermiş, “Fövqəladə halların başvermə səbəbləri və təsnifatı“, “Yanğın təhlükəsizliyi qaydaları”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “112” qaynar xətti-təhlükəsizliyimizin qarantıdır”, “Məktəbimizi yanğından qoruyaq” mövzularında çıxışlar etmişlər.

Həmçinin, tədbir zamanı zəlzələ baş verərkən düzgün davranış qaydaları izah olunmuşdur. Sonra məktəb siniflərinin biridə şərti “Zəlzələ” həyəcanı elan edilmişdir. Şagirdlər tərəfindən dərs gedişində baş verən zəlzələ zamanı təhlükəli zonadan təxliyyə prosesi qaydalara müvafiq olaraq nümayiş etdirilmişdir.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmış, onlarla fikir mübadiləsi aparılmışdır.

Daha sonra baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədi ilə Mərkəz əməkdaşları və rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndəsi tərəfindən məktəbin inzibati və yardımçı binalarındakı mövcud elektrik təsərrüfatına baxış keçirilmiş, yanğın hadisələrinə səbəb ola biləcək amillərin aradan qaldırılması yolları haqda məktəb rəhbərliyinə bəzi təkliflər verilmişdir.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi Zərdab rayonunda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün Hazırlıq planına və Zərdab rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki müdafiə tədbirlər planına əsasən, Zərdab rayon İcra Hakimiyyətinin iclas zalında......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu