Geri

Xocalı soyqırımı FHN Gəncə Regional Mərkəzində anılmışdır

Respublikamızın hər yerində olduğu kimi 26 fevral 2013-cu il tarixində Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzində də Xocalı faciəsinin anım mərasimi keçirilmişdir.

Əvvəlcə, Xocalı hadisələrindən bəhs edən film nümayiş olunmuşdur. Sonra mərasimdə nitq söyləyən əməkdaşlar qeyd etdilər ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.

Natiqlər ermənilərin daim hədəfində olan Azərbaycan torpaqlarının və vətəndaşlarının zaman-zaman faciələrə düçar olmasından, soyqırıma məruz qalmasından bəhs etmiş, günahkarların gec-tez müttəhimlər kürsüsündə cavab verəcəklərinə əminlik ifadə etmişlər.

Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıblar

13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib....

Ardını oxu

Regional Mərkəzlərdə maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Anzov kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi Samux rayonu Lək kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Quba rayonu Qımıl kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 18 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Paradise” oteldə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu