Geri

FHN Cənub Regional Mərkəzində Xocalı qurbanlarının xatirəsi yad edilib

2013-cü il fevralın 26-da Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə toplantı keçirilmişdir. Tədbirdə Cənub Regional Mərkəzinin şəxsi heyəti ilə yanaşı, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Mülki müdafiə qoşunlarının Lənkəran Regional Fövqəladə hallar və mülki müdafiə şöbəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə, Mərkəzin əməkdaşları digər idarə və müəssisələrin rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək gül dəstələri qoymuş, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.

Xocalı soyqırımı nəticəsində şəhid olanlar bir dəqiqəlik sükutla yad edilmişlər.

Sonra Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi olduğu qeyd edilmişdir.

Xocalıda törədilən soyqırıma bugünədək beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilmədiyi bildirilmiş, ermənilər tərəfindən dövlət səviyyəsində yürüdülən terror siyasətindən nəticə çıxararaq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli işlər görülməsinin vacibliyi vurğulanmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 17-19 sentyabr 2019-cu il tarixlərində "İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi kompleks mülki müdafiə təlimi keçirib

18 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıblar

13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib....

Ardını oxu