Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidmətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir

21 fevral 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda konfrans keçirilmişdir.

Əvvəlcə konfrans iştirakçıları müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin dövlətçilik irsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.

Sonra konfransda çıxış edən Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi
general-mayor Cahangir Qulamov müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. O, bildirmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, ordu quruculuğu və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər əldə olunmuşdur. Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxarmışdır.

Tədbirdə millət vəkili Rəfael Cəbrayılov çıxış edərək ulu öndərin zəngin həyat yolunun müxtəlif mərhələləri haqqında söhbət açmışdır. O, Heydər Əliyevin görkəmli dövlət xadiminə xas olan istedadı, müasir Azərbaycanın təşəkkülü və inkişafı, ölkənin artıq sarsılmaz suverenliyinin möhkəmlənməsi yolunda xidmətləri barədə danışıb. Millət vəkili deyib ki, bütün varlığı ilə Azərbaycan xalqına bağlı olan ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi kimi zaman boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratmışdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz regionda lider, beynəlxalq aləmdə isə söz, nüfuz sahibi olan dövlətə çevrilmişdir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov və digər natiqlər qeyd etmişlər ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmış, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Gələcək nəsillərimiz bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri sahəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 19 iyul 2019-cu il tarixində Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Milli Park” MMC-nin rəhbərliyinin müraciəti əsasında burada maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu