Geri

Yanğınlar və dəm qazı zəhərlənmələri ilə mübarizə

FHN Bakı Regional Mərkəzinin cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda keçirdiyi silsilə tədbirlərə yekun vurulmuşdur.

Sonuncu belə tədbir cari ilin dekabr ayının 27-də Suraxanı Rayon İcra Hakimiyyətində keçirilmişdir.

Tədbirdə çıxış edənlər “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri”, eləcə də “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları” mövzularında çıxışlar edərək müşavirə iştirakçılarına zəruri məlumatlar çatdırmışdır. Çıxış zamanı, həmçinin, dəm qazı zəhərlənmələri ilə bağlı 2012 və 2013-cü illərin müqayisəli təhlili nümayiş etdirilmişdir.

Müşavirədə Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları müvafiq olaraq “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğından mühafizə problemləri və həlli yolları” mövzularında çıxışlar etmişlər. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının çıxışı zamanı rayon ərazisində yanğınsöndürən avtomobillərin hərəkətinə mane olan məkanları və su hovuzlarından istifadənin mümkün olmadığı yerləri özündə əks etdirən fotoşəkillər nümayiş olunmuşdur.

Müşavirə zamanı Qaz İstismar Sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələri, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.

Tədbirdə obyekt rəhbərlərinə yanğın təhlükəsizliyi ilə bağlı görülməli olan işlər barədə tövsiyə və göstərişlər verilmişdir.

Müşavirənin gedişində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları, yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar nümayiş olunmuşdur. Çıxışlar interaktiv formada elektron vasitələrin köməyi ilə təqdim olunmuşdur.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu