Geri

Məktəblərdə maarifləndirmə tədbirləri davam etdirilir.

Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 24 dekabr 2013-cü il tarixində Gəncə şəhər V.Veysalov adına 30 saylı tam orta məktəbdə növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir “Məktəblərdə qış ayları zamanı təhlükəsizlik qaydaları” adı altında iki hissədən ibarət olmuşdur.

Birinci hissədə dəm qazı, yanğın, partlayış, tüstü zəhərlənməsi, qaz cihazlarının düzgün istifadə qaydası və digər fəlakətlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərdən bəhs olunmuşdur. Həmçinin, qarşıdan gələn “Yeni il” şənliklərində pirotexniki oyuncaqlardan istifadə olunmaması, küknar ağacının bəzədilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, tezalışan oyuncaqlardan istifadə edilməməsi, küknar ağacının işıqlarının nəzarətsiz qoyulmaması tövsiyə olunmuşdur.

Tədbirdə fotoslayd və videofilmlər nümayiş etdirilmişdir. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, şagirdlər arasında mövzu ilə bağlı viktorina keçirilmişdir.

Tədbirin praktiki mərhələsində məktəbin həyətində şagirdlərə Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən komplektləşdirilmiş xilasedici avadanlıqları və dəm qazından zəhərlənənlərə ilkin tibbi yardım qaydaları əyani nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Akademiyasında xalq yazıçısı Anarla görüş keçirilib

11 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarla görüş keçirilib. Görüşdə Akademiyanin əməkdaşları, professor-müəllim heyəti və kursantları iştirak edib....

Ardını oxu

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı rayonu Bədəlan kənd tam orta məktəbində, Aran Regional Mərkəzi Goranboy rayon Boluslu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 11 oktyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Opera” otelində, 1-ci ərazi  Dövlət Yanğın Nəzarəti İdarəsi Qaradağ rayon Səngəçal qəsəbəsində yerləşən Həkim Məntəqəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi DSMF-nin Lerik rayon...

Ardını oxu