Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 20 dekabr 2013-cü il tarixində Ucar rayon Yuxarı Şilyan kənd ictimaiyyəti nümayəndələri və təhsil işçiləri ilə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd insanların baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.

Tədbirdə “Fövqəladə hallarda özünü necə aparmalı”, “Hansı hallarda “112” zəng mərkəzinə müraciət etmək lazımdır” mövzuları ilə bağlı məruzələr dinlənilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş olunmuş, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanmış, tədbir iştirakçılarını maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran şəhər 2 nömrəli ümumi orta məktəbində, Muğan Regional Mərkəzi Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

11 dekabr 2019-cu il tarixində FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir rayon Zəyəm qəsəbə Körpələr evi-uşaq bağçasında, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayonunda ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Azərkimya” İstehsalat Birliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu