Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

Şimal Regional Mərkəzi tərəfindən qış mövsümü ilə əlaqədar baş verə biləcək fövqəladə hadisələrlə bağlı 20 dekabr 2013-cü il tarixində Quba rayonu, Qırmızı Qəsəbə İsaak Xanikov adına 1 saylı orta məktəbində “Fövqəladə hal zamanı özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin təbii və texnogen mənşəli fövqəladə hallardan qorunmaq, özünə və digərlərinə kömək etmək, ilkin tibbi yardımın göstərilməsi və yanğın təhlükəsizliyi sahəsində biliklərin aşılanması olmuşdur.

Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Quba rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştrak etmişdir.

Tədbirin giriş hissəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə halların yaranma səbəbləri, Şimal Regional Mərkəzinin regionda fəaliyyəti, təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətin əhəmiyyəti, fövqəladə hadisələrdən mühafizə olunmağımızda “112” qaynar xəttinin rolu, zəlzələ, daşqınlar və torpaq sürüşməsi kimi fövqəladə hallar zamanı davranış qaydaları, yanğınların baş vermə səbəbləri və yanğınların qarşısının alınması, yanğın zamanı davranış qaydaları, təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları və s. haqqında müəllim və şagirdlərə ətraflı məlumatlar verilmiş, dəm qazı ilə bağlı videoslayd nümayiş etdirilmişdir.

Həmçinin, məktəbin elektrik təsərrüfatına və mövcud ehtiyat çıxış yollarına baxış keçirilmiş və məktəb rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Tədbirin sonunda müəllim və şagirdləri maraqlandıran suallar mərkəz əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 15 oktyabr 2019-cu il tarixində Beyləqan rayon Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 15 oktyabr 2019-cu il tarixində Bakı şəhər “GM City” oteldə, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nərimanov rayon Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində...

Ardını oxu

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu