Geri

Cənub Regional Mərkəzi tərəfində maarifləndirmə tədbiri keçirilmişdir.

18 dekabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər Tibb Kollecində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd regionda baş verməsi gözlənilən təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və mülki müdafiə işinin təşkili, fövqəladə hallar zamanı düzgün davranış qaydaları, ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi üsulları, eləcə də qaz və elektrik cihazlarından istifadə zamanı yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması sahəsində əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsi olmuşdur.

Tədbirin gündəliyinə əsasən “Evlərin və mənzillərin texnogen qəzalara hazırlanması”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik tədbirləri və karbon monooksid zəhərlənməsi zamanı ilk yardım”, “112” zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?”, “Yanğınların baş vermə səbəbləri və yanğına qarşı mübarizə metodları”, “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq” mövzularında çıxışlar olmuşdur.

Tədbir zamanı elektrik və qaz cihazlarının istismarı zamanı yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, su obyektlərinin, hidrotexniki qurğuların, yüksək gərginlikli elektrik hava ötürücü xətlərinin, yanacaq və maye qaz doldurma məntəqələrinin, su və qaz kəmərlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması haqqında əhali arasında maarifləndirmə işlərinin aparılmasının, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətlərində Mərkəz ilə rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələr arasında sıx qarşılıqlı əlaqələrin vacibliyi bir daha qeyd olunmuşdur.

Tədbirin sonunda “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqləri tədbir iştirakçılarına paylanılmış, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik tədbirləri” və “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videomateriallar nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Akademiyasında xalq yazıçısı Anarla görüş keçirilib

11 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarla görüş keçirilib. Görüşdə Akademiyanin əməkdaşları, professor-müəllim heyəti və kursantları iştirak edib....

Ardını oxu

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı rayonu Bədəlan kənd tam orta məktəbində, Aran Regional Mərkəzi Goranboy rayon Boluslu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 11 oktyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Opera” otelində, 1-ci ərazi  Dövlət Yanğın Nəzarəti İdarəsi Qaradağ rayon Səngəçal qəsəbəsində yerləşən Həkim Məntəqəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi DSMF-nin Lerik rayon...

Ardını oxu