Geri

Yanğınlar və dəm qazı zəhərlənmələri ilə mübarizə

FHN Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirləri davam etdirir.

Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi növbəti belə tədbir dekabr ayının 18-də Sabunçu Rayon Kürdaxanı Qəsəbə Nümayəndəliyində keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan Sabunçu rayon icra hakimiyyəti başçısının birinci müavini Qəzənfər Həsənov tədbirin əhəmiyyətindən bəhs etmiş, baş verə biləcək fövqəladə hallara daim hazır olmağın vacibliyini vurğulamışdır.

Tədbirdə çıxış edən FHN Bakı Regional Mərkəzinin rəis müavini tibb xidməti polkovniki Cəfər Məmmədov fövqəladə hallarla mübarizədə FHN və onun qurumlarının fəaliyyəti barədə məlumat vermiş, dəm qazı zəhərlənmələri və yanğın hadisələri ilə mübarizədə əhalinin maarifləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Müşavirədə nazirliyin Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları müvafiq olaraq “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar etmişlər. Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşının çıxışı zamanı rayon ərazisində yanğınsöndürən avtomobillərin hərəkətinə mane olan dirəklərin və şlaqbaumların, eləcə də istifadəyə yararsız su hovuzlarının olduğu məkanlar fotoşəkillər vasitəsilə nümayiş etdirilmişdir.

Müşavirə zamanı Mənzil Komunal Təsərrüfat Birliyinin, Qaz İstismar Sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələri, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.  

 Çıxışlar zamanı mövcud olan problemlər səsləndirilmiş, onların həlli istiqamətində görülməli olan işlər barədə məlumat verilmişdir.

Müşavirənin gedişində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları,  yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video-materiallar nümayiş olunmuşdur. Çıxışlar interaktiv formada elektron vasitələrin köməyi ilə təqdim olunmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu