Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 29 noyabr 2013-cü il tarixində Kürdəmir rayonu Q.Əliyev adına Qarabucaq kənd orta məktəbində müəllim və şagird heyətinin iştirakı ilə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd insanların baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.

Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyəti, maddi-texniki bazası haqqında ətraflı məlumat verilmişdir.

Sonra Mərkəzin əməkdaşlarınıın “Fövqəladə hallarda özünü necə aparmalı?”, “Hansı hallarda “112” zəng mərkəzinə müraciət etmək lazımdır” mövzuları ilə bağlı məruzələri dinlənilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş olunmuş, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanmış, tədbir iştirakçılarını maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in əməkdaşları stolüstü tennis turnirinin qalibi olmuşlar

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 8 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının nazirlik, komitə və agentliklərinin əməkdaşları arasında stolüstü tennis turniri keçirilmişdir....

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubunun idmançıları Sərbəst-güləş çempiomatında mükafatlar qazanmışlar

9 dekabr 2018-ci il tarixində Şağan Olimpiya Kompleksində FHN-in İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Minbudaq Hüseynovun xatirəsinə həsr olunmuş Sərbəst-güləş üzrə yeniyetmə və Kadet güləşçilər arasında Açıq Respublika turniri  keçirilmişdir. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubu komanda hesabında Respublika çempionu olmuşdur

9 dekabr 2018-ci il tarixində Şağan Olimpiya Kompleksində Kiokşin Karate növü üzrə 6-7, 8-11 yaş uşaqlar və 12-15 yaş yeniyetmələr arasında 20-ci Açıq Respublika çempionatı keçirilmişdir....

Ardını oxu