Geri

Dövlət Yanğın Nəzarəti Xidməti qərb bölgəsində ticarət müəssisələrində maarifləndirmə işləri aparmışdır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 26-28 noyabr 2013-cü il tarixində Gəncə və Qazax şəhərlərində “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirmişdir. Regional seminar-müşavirələr çərçivəsində bölgədə fəaliyyət göstərən ticarət müəssisələrində maarifləndirmə işləri aparılmış, yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədilə bu sahənin işçiləri ilə yanğına qarşı təbliğat işi həyata keçirilmişdir.  

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları ticarət müəssisələrində olarkən obyektin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunmuş, obyekt rəhbərlərinin diqqətinə çatdırılmışdır ki, onlar yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıyır və ticarət müəssisələrinin bütün işçiləri yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilməli və onların tələblərini ciddi yerinə yetirməlidirlər.

Ticarət müəssisələrində aparılan maarifləndirmə işləri zamanı ərazinin, bina və otaqların saxlanılması, elektrik, havalandırma, isitmə, tüstüyə qarşı qurğuların istismar zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, ilkin yanğınsöndürmə vasitələrinin normaları haqda ətraflı söhbət açılmışdır.   

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları ticarət müəssisələrində olarkən yanğın su mənbələrinin vəziyyətinə baxış keçirilmiş, ticarət müəssisələri rəhbərlərinin diqqətinə çatdırılmışdır ki, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmalıdır.  

Yanğına qarşı təbliğat xarakterli tədbirlər zamanı Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası ticarət müəssisələrinin işçilərinə paylanılmışdır.

Digər məlumatlar

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Çayrud kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu