Geri

FHN Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları noyabr ayının 27-də Hacıqabul şəhər 4 saylı orta məktəbdə payız-qış mövsümü ilə əlaqədar ”Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

İlk növbədə, Muğan Regional Mərkəzinin əməkdaşları tədbirin məqsəd və məramını açıqlamış, son vaxtlar respublikamızda baş vermiş yanğın hadisələri, nəqliyyat qəzaları, dəm qazından boğulma halları zamanı həlak olanların və xəsarət alanların sayı haqqında məlumat vermiş və tədbir iştirakçılarını həyat fəaliyyətlərində daha diqqətli olmağa çağırmışlar. Eləcə də Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyəti, strukturu və “112” zəng mərkəzinin fəaliyyəti haqqında tədbir iştirakçılarının nəzərinə ümumiləşdirilmiş məlumatlar çatdırılmışdır. Daha sonra yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və həlli yolları haqqında plakat-slaydlar vasitəsilə məktəbin tədbirdə iştirak edən müəllim və şagird kollektivinə geniş məlumatlar verilmişdir.

Tədbirin gedişatında yuxarıda sadalanan mövzuları məktəblilərə daha dolğun çatdırılması məqsədilə videoçarxlar nümayiş olunmuşdur.

Yekunda məktəbin müəllim və şagird heyətinin sualları Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmış, şagirdlərin maarifləndirilməsi məqsədi ilə əyani vəsaitlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran şəhər 2 nömrəli ümumi orta məktəbində, Muğan Regional Mərkəzi Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

11 dekabr 2019-cu il tarixində FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir rayon Zəyəm qəsəbə Körpələr evi-uşaq bağçasında, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayonunda ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Azərkimya” İstehsalat Birliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu