Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 27 noyabr 2013-cü il tarixində İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Məktəbin müəllim və şagird kollektivinin, texniki işçilərinin cəlb olunduğu tədbirdə Rayon Təhsil şöbəsinin əməkdaşı, Talıstan kənd inzibati ərazi nümayəndəliyinin əməkdaşları, kənd bələdiyyəsinin sədri və əməkdaşları da iştirak etmişlər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən çıxışlar olmuşdur. Dinləyicilərə Fövqəladə Hallar Nazirliyi, Şimal-qərb Regional Mərkəzi, baş verə biləcək hadisələrin qarşısının alınmasında, hadisələr zamanı davranış qaydalarına düzgün əməl edilməsində təbliğatın rolu, mülki müdafiə, zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli, yanğınlar, partlayışlar, zəhərlənmə təhlükəsindən mühafizə, təhsil müəssisələrindəki emalatxanalarda, qazanxanalarda, elektrik enerjisi sahəsindəki təhlükəsizlik tədbirləri haqqında, dəm qazından zəhərlənmələr, ondan qorunma üsulları, “112” zəng xidməti haqqında geniş məlumatlar verilmişdir.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə dəm qazı zəhərlənmələri, zəlzələ vaxtı, ondan əvvəl və sonra davranış haqqında videoçarx nümayiş olunmuşdur.

Tədbirin sonunda kənd inzibati ərazi nümayəndəsi Sihət Şirəliyev çıxış edərək bir daha ərazi üçün xarakterik olan təbii fəlakətlər, çox zaman ehtiyatsızlıq ucbatından baş verən texnogen qəzalar haqqında danışmış və baş verə biləcək bu kimi hallardan qorunmaq üçün ilk növbədə fövqəladə hallarda davranış qaydalarını bilməyin vacibliyini qeyd etmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi seminar- müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 15 avqust 2018-ci il tarixində Qusar rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar- müşavirə keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 15 avqust 2018-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin......

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə 14 avqust 2018-ci il tarixində Şəki rayon Kiçik Dəhnə kənd Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirə xəstəxananın tibbi heyəti......

Ardını oxu