Geri

FHN Şimal Regional Mərkəzi Şabran rayonunda maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran rayon Mədəniyyət və Turizm şöbəsində 27 noyabr 2013-cü il tarixində “Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirə Şimal Regional Mərkəzinin, Şimal Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Şabran rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları ilə yanaşı, Şabran rayonda yerləşən müəssissə və təşkilatların nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçılarına Mərkəzin əməkdaşları tərəfindən FHN-in yaranması, fəaliyyət istiqamətləri, Şimal Regional Mərkəzinin regionda yerləşən digər təşkilatlarla qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə halların qarşının alınması və nəticələrinin aradan qaldırılmasında “112” qaynar telefon xəttinin rolu, təbii və texnogen xarakterli fövqəladə halların başvermə səbəbləri, nəticələri və davranış qaydaları mövzularında ətraflı məlumatlar verilmişdir.

Daha sonra tədbir iştirakçılara Şimal Regional Dövlət Yanğın Nəzarət İdarəsinin və Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğınların başvermə səbəbləri, yanğın zamanı davranış qaydaları və yanğın təhlükəsizliyi haqqında təlimat, rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları, yanğından mühafizə qaydaları üzrə təlimatlandırılmış, onlara yanğın zamanı hərəkət qaydaları, yanğının söndürülməsi zamanı istifadə olunan müasir yanğınsöndürmə vasitələri haqqında ətraflı məlumatlar verilmişdir.

Yekunda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunduqdan sonra suallar ətraflı cavablandırılmışdır.

Tədbir Şabran rayon Mədəniyyət və Turizm İdarəsinin kollektivi tərəfindən böyük razılıq və maraqla qarşılanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu