Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

27 noyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 19 nömrəli orta məktəbdə “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Təhsil şöbəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən şəhərin təhsil ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin nümayəndələri, şəhər Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “İnsan psixologiyasının qorxu və təhlükəsizliyə qarşı hazırlığı”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir.

Daha sonra “Dəm qazından ehtiyatlı olun” mövzusunda Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoçarx və Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin praktiki hissəsində məktəbin həyətində Regional Mərkəzin və Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

 

Digər məlumatlar

“Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində istismarçı təşkilatların fəaliyyətinin öyrənilməsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir

ATƏT-in Düşənbədəki ofisinin və Tacikistan Respublikasının Energetikia və Su Ehtiyatları Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə 20 noyabr 2017-ci il tarixində Bakı şəhərində “Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində istismarçı təşkilatların fəaliyyətinin öyrənilməsi” mövzusunda seminar keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış evlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13-15 noyabr 2017-ci il tarixilərində paytaxtın Səbail, Xətai və Nizami rayonlarının və Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış binalarındakı mənzillərdə sakinlər......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 noyabr 2017-ci il tarixində Liman şəhər Neft Bazasında “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirmişdir. ...

Ardını oxu