Geri

FHN Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktik tədbirləri davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi noyabr ayının 22-də Bakı şəhəri, Nəsimi rayonundakı 5 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzindən başqa Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Bakı şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları da iştirak etmişlər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, mövzularında çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlar və sairlə bağlı ətraflı məlumat vermişlər.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri, eləcə də dəm qazı zəhərlənmələri ilə mübarizəyə dair sənədli film nümayiş olunmuşdur.

Daha sonra zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilmişdir. Əvvəlcə, şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmişdir. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır.

Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır.

Praktik hissə zamanı məktəbin həyətində Bakı Regional Mərkəzininin xilasediciləri tərəfindən “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanq, xilasetmə və üzmə vasitələri, Mülki müdafiə qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, Xüsusi Riskli Xilasetmənin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqları, xüsusi kinologiya avtomobili, eləcə də Tibb Xidmətinin əməkdaşları tərəfindən maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Bundan əlavə, məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilərək ərazidən uzaqlaşdırılmışdır.

Tədbir Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.

 

 

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi seminar- müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 15 avqust 2018-ci il tarixində Qusar rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar- müşavirə keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 15 avqust 2018-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin......

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə 14 avqust 2018-ci il tarixində Şəki rayon Kiçik Dəhnə kənd Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirə xəstəxananın tibbi heyəti......

Ardını oxu