Geri

FHN Muğan Regional Mərkəz maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əməkdaşları 30 oktyabr 2013-cü il tarixində Neftçala rayonu, Bankə qəsəbəsi 2 salı orta məktəbdə “Yanğın təhlükəsizliyi və fövqəladə hallarda nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər. Tədbirdə müəllim və şagirdlərə yanğınlar və onların başvermə səbəbləri haqqında ümumiləşdirilmiş və yanğına qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə ətraflı məlumat verilmişdir. Həmçinin, tədbir iştirakçılarına fövqəladə hallar zamanı (zəlzələ, qasırğa, daşqın və s.) davranış qaydaları barədə məlumatlar verilmişdir. Daha sonra Mərkəzin əməkdaşı Mərkəzin fəaliyyət istiqamətləri haqqında ümumiləşdirilmiş məlumatlar çatdırmışdır. Bundan əlavə tədbir iştirakçılarına videoçarxlar nümayiş olunmuşdur.

Muğan Regional Mərkəzinin xilasetmə hissəsinin xilasediciləri tədbir iştirakçılarına fövqəladə hadisələr zamanı istifadə olunan alət və avadanlıqlar haqqında məlumatlar vermiş, həmçinin, alpinist hazırlığı və zərər çəkmiş insanın yüksək mərtəbəli binadan necə təxliyyə olunmasını nümayiş etdirmişlər.

Tədbirin sonunda müəllim və şagirdlər tərəfindən verilən suallar cavablandırılmışdır.

 

 

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 iyun 2018-ci il tarixində Abşeron rayon Qobu Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Avropa çempionatında bürünc medal qazanmışdır

14-18 iyun 2018-ci il tarixlərində Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 20 iyun 2018-ci il tarixində Neftçala rayonu Xolqaraqaşlı kənd sahə xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu