Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi ilə Qubadlı rayon Təhsil şöbəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən 30 oktyabr 2013-cü il tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində Qubadlı rayonu Ş.Kərimov adına Çərəli kənd tam orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin əsas məqsədi müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi olmuşdur.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə İdarəsinin nümayəndələri, Qubadlı rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”,  “Yanğın təhlükəsizliyi qaydaları”,“İnsan psixologiyasının qorxu və təhlükəsizliyə qarşı hazırlığı”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və  “112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş olunmuşdur. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu