Geri

Neft dağılmalarının qarşısının alınmasına həsr olunmuş seminar keçirilmişdir

29 oktyabr 2013-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Norveç Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Tullantıların azaldılması, neft dağılmalarının qarşısının alınması və cavabvermə - təmizləyici texnologiyalar” mövzusunda seminar keçirilmişdir. Seminarda Norveç Krallığının “Intsok” (Norveç Neft və Qaz tərəfdaşlığı) şirkətinin ekspertləri təqdimatlar ilə çıxış etmişlər. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti haqqında təqdimat edilmiş və nazirlik tərəfindən neft dağılmalarının qarşısının alınması sahəsində görülən işlərdən danışılmışdır.

Seminarda Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə yanaşı, Azərbaycan Republikasının Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Dövlət Dəniz Administrasiyası, “bp”, “Statoil” və “Total” şirkətlərinin nümayəndələri də iştirak etmişlər.

 

 

Digər məlumatlar

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Çayrud kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu