Geri

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və keçirilməsi” mövzusunda taktiki xüsusi təlimi keçirilib

Oktyabrın 24-25-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin iştirakı ilə “Azərikimya” İB-nin Sumqayıt şəhərindəki Üzvi-Sintez zavodunun ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili və keçirilməsi” mövzusunda taktiki təlimi keçirilib. Təlimin keçirilməsində məqsəd hərbi hissə və bölmə komandirlərinə xilasetmə işlərinin təşkil edilməsi, rəhbərlik sahələrinə təcrübələrinin artırılması, xilasetmə bölmələrinin şəxsi heyətinə insanların axtarılması və xilas edilməsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında hərbi hissənin bölmələri ilə FHN-in qüvvələri, Sumqayıt şəhəri və obyektin mülki müdafiə dəstələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstəriməsinə nail olmaqdan ibarət olub. Eyni zamanda təlimin gedişi zamanı zərərçəkənlərin dağıntılar altından, yüksəkliklərdən, kimyəvi zəhərlənmə ocaqlarından xilas edilməsi, ziyan çəkmiş ərazilərin lokallaşdırılması, yanğınların qarşısının alınması və fövqəladə hadisə rayonunda zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, onların təhlükəsiz əraziyə təxliyə olunması, həyat və fəaliyyətlərinin təminatı üzrə praktiki tapşırıqlar həyata keçirilib. Təlimdə 210 nəfər şəxsi heyət, 35 ədəd müxtəlif təyinatlı xilasetmə texnikaları cəlb olunub.

Digər məlumatlar

Ümummilli lider Heydər Əliyevin xatirəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında anılmışdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın 11 dekabr 2017-ci il tarixində növbəti məşğələsi keçirilmişdir. Məşğələ ulu öndər Heydər Əliyevin  anım gününə həsr olunmuşdur.  Lektoriyanın qonağı Milli Məclisin deputatı, elmlər doktoru, professor Elman Nəsirov olmuşdur. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2017-ci ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Belə tədbirlərdən növbətisi dekabr ayının 8-də Qərbi Kaspi Universitetində “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda keçirilmiş elmi-praktik konfrans olmuşdur. ...

Ardını oxu

“Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 7 dekabr 2017-ci il tarixində Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlim kecirmişdir. ...

Ardını oxu