Geri

FHN Bakı Regional Mərkəzi nəzəri-praktik tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, Tibb Xidməti və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə birlikdə 25 yanvar 2013-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu 308 saylı orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktik tədbir keçirmişdir.

Tədbir iki hissədən ibarət olmuşdur:

Nəzəri hissə çərçivəsində FHN əməkdaşları tərifindən “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”,
“Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” və “Yanğın təhlükəsizliyi qaydaları” mövzularında ətraflı məlumatlar vermiş, həmçinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən, sənədli film və dəm qazı ilə bağlı videoçarx, o cümlədən şagirdlərin hazırladıqları zəlzələ mövzusunda səhnəcik nümayiş etdirmişlər. Bu səhnəcikdə dərs prosesində baş vermiş zəlzələ zamanı şagirdlər tərəfindən zəruri və ilkin davranış qaydaları öz əksini tapmışdır.

Bundan başqa, tədbir praktik məşğələ ilə davam etmişdir.

Əvvəlcədən məktəbin həyətinə gətirilmiş “Mercedes BENZ Sprinter” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır. 

Tədbirin keçirilməsində məqsəd orta məktəbin müəllim-şagird heyətinə ehtimal olunan fövqəladə hadisə zamanı ilkin davranış qaydalarının aşılanmasından ibarət olmuşdur.

 

 

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 19 aprel 2018-ci il tarixində Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 18 aprel 2018-ci il tarixində “SOCAR”ın N. Nərimanov adına NQÇİ-nin “Daşgil” neft yığma məntəqəsində "Çənlərdə neft və neft məhsullarında baş vermiş yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlimi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 18 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  Dənizkənarı Bulvar İdarəsində “Su obyektlərində təhlükəsizlik  və davranış  qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu