Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

24 yanvar 2013-cü il tarixində Masallı rayonunun B.Şiriyev adına Mollaoba kənd tam və Babaser kənd ümumi orta məktəblərində Cənub Regional Mərkəzi tərəfindən “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusu çərçivəsində maarifləndirmə tədbirləri keçirilmişdir.

Tədbirlərdə Cənub Regional Mərkəzinin nümayəndələri, Masallı rayon Təhsil şöbəsinin, məktəblərin müəllim və şagird heyəti, texniki işçiləri, eləcə də valideyinlər iştirak etmişlər.

Keçirilən təbliğat xarakterli tədbirdə Mərkəz əməkdaşları tərəfindən “Dəm qazı təhlükəsindən insanların qorunması yolları”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” və “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları” mövzuları barədə geniş məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonra tədbir iştirakçılarının yanğın təhlükəsizliyi sahəsində intellektual səviyyəsini yoxlamaq məqsədilə şagirdlərdən ibarət 4 qrupa "Mənzildə baş vermiş yanğın hadisəsi zamanı, eləcə də dəm qazından zəhərlənmiş zərərçəkmişə ilkin tibbi yardım göstərilən zaman hansı davranış qaydalarına əməl olunmalıdır?" mövzusunda hazırlanmış sual kartları paylanılmış, 20 dəqiqə ərzində verilən cavablar Mərkəz əməkdaşları tərəfindən qiymətləndirilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış broşür və vərəqələr tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu