Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

18 yanvar 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Göyçay rayon 1 saylı orta məktəbində “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. 

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən Aran Regional Mərkəzinin fəaliyyəti, fövqəladə hadisələrin növləri, onlardan qorunma haqqında, “Yanğın təhlükəsizliyi ilə bağlı müəssisələrdə qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi” və “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır” mövzularında ətraflı məlumatlar verilmiş, həmçinin, dəm qazı ilə zəhərlənmə halları və məişət qazından istifadə zamanı təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə rayon Təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

26 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik rayon Laman kənd ümumi orta məktəbində......

Ardını oxu

FHN-in Regional mərkəzlərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib

26 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. ...

Ardını oxu