Geri

“Dəm qazından ehtiyatlı olun” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir

18 yanvar 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yaşayan vətəndaşların iştirakı ilə 13 nömrəli orta məktəbdə “Dəm qazından ehtiyatlı olun” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

Tədbirdə son vaxtlar respublika ərazisində baş verən dəm qazından zəhərlənmə hadisələrindən doğan narahatlıq ifadə olunmuş, çıxış edən natiqlər bu tip hadisələrin qarşısını təbliğat və maarifləndirmə vasitəsi ilə almağın mümkünlüyünü vurğulamışlar. Tədbirdə çıxış edənlər dəm qazı ilə bağlı ətraflı məlumat vermiş, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları vətəndaşları maraqlandıran sualları cavablandırmışdır. Mərkəz əməkdaşlarının mövzuya uyğun hazırladıqları bukletlər tədbir iştirakçılarına paylanmışdır.

Tədbir qurtardıqdan sonra Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Sumqayıt Qaz İstismar İdarəsinin əməkdaşları 3-cü mikrorayonda mənzillərə baxış keçirmiş, mövcud problemlər yerində həll olunmuşdur.

Tədbirdə şəhərdə fəaliyyət göstərən əlaqədar qurumların nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları iştirak etmişlər.

 

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 23 yanvar 2018-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Bərdə rayonu Mehdili kənd...

Ardını oxu

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN Bakı Regional Mərkəzi 23 yanvar 2018-ci il tarixində Nəsimi rayonundakı 164 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu