Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

28 sentyabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları “Fövqəladə hallarda ümumi davranış qaydaları” mövzusunda Ucar şəhər 5 saylı tam orta məktəbində müəllim kollektivi ilə növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri, fövqəladə halların növləri, onlardan qorunma qaydaları, “Fövqəladə hallarda ümumi davranış qaydaları” mövzusu ətrafında tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Sonra fövqəladə hallarda ümumi davranış qaydalarına aid hazırlanmış bukletlər tədbir iştirakçılarına paylanılmış və buklet üzərində müzakirələr aparılmışdır. Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbir iştirakçılarını maraqlandıran bir çox suallara məruzəçilər tərəfindən ətraflı cavablar verilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 21 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 27 saylı Uşaq bağçasında, İctimai obyektlərə nəzarət sektoru Bakı şəhər “Rich Hotel” və “Ramada Hotel and Suites...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin.......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu