Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 20 sentyabr 2012-ci il tarixində Abşeron rayonu Ə.S.İbrahimov adına Qobu qəsəbə 2 saylı orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd orta məktəbin müəllim-şagird heyətinə ehtimal olunan fövqəladə hadisə zamanı ilkin davranış qaydalarının aşılanmasından ibarət olmuşdur.

Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” və “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” mövzularında çıxışlar etmişlər.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film də nümayiş etdirilmişdir.

Tədbirin sonunda məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzi və Abşeron rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və avadanlıqları nümayiş etdirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında tədbir iştirakçıalrına məlumat verilmişdir.

Tədbirdə Abşeron rayon təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu