Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

20 sentyabr 2012-ci il tarixində Cənub Regional Mərkəzi əhalinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədilə Lerik rayonunun M.R.Əliyev adına Gürdəsər kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları “Fəlakətlər və insan psixologiyası”, “Binanın qəfil uçması zamanı təhlükəsiz davranış qaydaları”, “Məktəb laboratoriyalarında yanğın təhlükəsizliyi tədbirləri”, “Fövqəladə hallar zamanı təxliyyə qaydaları” və “Hansı halllarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır” mövzularında ətraflı məlumatlar vermişlər.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılması, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılması, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə Mərkəzin əməkdaşları tərəfindən təhsil müəssisəsinin inzibati və yardımçı binalarının elektrik təsərrüfatına baxış keçirilmiş və qısa bir zaman ərzində yanğın hadisəsinə səbəb ola biləcək amillərin aradan qaldırılması yolları barədə təhsil müəssisəsinin rəhbərliyinə ətraflı məlumat verilmişdir.

Tədbirdə, həmçinin, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Hansı hallarda FHN-in “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır” və “Odla oynamaq təhlükəlidir” mövzularında hazırlanmış kitab, broşür və vərəqələr tədbir iştirakçılarına paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı fotoslaydlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına əyani şəkildə göstərilmiş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Təbliğat xarakterli tədbirdə Lerik rayon təhsil şöbəsinin nümayəndələri, müəllim və şagird kollektivi iştirak etmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu